backend

Deputatlar Ramazan bayramını necə qeyd edir? – Özləri danışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq müqəddəs Ramazan ayı başa çatdı. Bu gün cəmi müsəlmanlar bayramı qeyd edir, fitrə verir, yaxınlarının məzarını ziyarət edir, qohum-əqrabaya baş çəkirlər.
Bəs görəsən Milli Məclisin deputatları necə, Ramazan bayramını necə və harada qeyd edirlər?
Editor.az məsələyə millət vəkillərinin özlərindən münasibət öyrənib.
Milli Məclisin deputatı, professor Kamilə Əliyeva ənənəvi olaraq bu ildə Ramazan bayramını ailəsi, qohumları, seçiciləri ilə birgə qeyd edir:
“Hər il olduğu kimi, bu ildə müqəddəs bayramı ailəmin əhatəsində qeyd edirəm. Qohumlarıma baş çəkdim. Seçicilərimi təbrik etdim. Arzu edirəm ki, bu bayram ölkəmiz, dövlətimiz üçün düşərli olsun. Azərbaycanımız daha böyük nailiyyətlərə imza atsın”.
Milli Məclisin deputatı Rövşən Rzayevdə bayramı evdə ailəsi ilə birgə qeyd edir:
“Bütün illərdə olduğu kimi, bu ildə Ramazan bayramını sevdiklərimizin, əzizlərimizin arasında qeyd edirik. Fürsətdən istifadə edib, sizin timsalınızda bütün ölkə jurnalistlərini, bütün soydaşlarımızı müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm”.
Milli Məclisin deputatı Rauf Əliyev hesab edir ki, hər bir müsəlman bu bayramı qeyd etməlidir:
“Heç şübhəsiz bizdə bu bayramı yüksək səviyyədə qeyd etməyə çalışırıq. Bu müqəddəs gündə ölkə vətəndaşlarına firavanlıq, əmin-amanlıq arzu edirəm. İnanıram və əminəm ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz daha böyük zirvələrə çatacaq”.
Milli Məclisin deputatı, professor Astan Şahverdiyev orucluq bayramını ailə üzvləri ilə birlikdə qeyd edir:
“Əziz günlərində insan kimin yanında, kimin əhatəsində olmalıdırsa, məndə həmin insanların əhatəsindəyəm. Bayramınız mübarək!”
//Editor.az