Bakıda ticarət mərkəzində GÜCLÜ YANĞINbackend

Bakıda ticarət mərkəzində GÜCLÜ YANĞIN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nizami rayonu ərazisindəki “Diqlas” ticarət mərkəzində baş vermiş yanğının söndürülməsi zamanı Fövəqladə Hallar Nazirliyinin (FHN) əməkdaşı xəsarət alıb.

Səhiyyə Nazirliyindən  verilən məlumata görə, hadisə nəticəsində yanğınsöndürmə briqadasının bir əməkdaşı sağ əlin kəsilmiş yarası ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qurumdan bildiriblər ki, hazırda hadisə yerinə 6 yanğınsöndürmə briqadası cəlb edilib.

Xatırladaq ki, bu gün səhər saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində “Diqlas” ticarət mərkəzində güclü yanğın baş verib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları və helikopterlər cəlb eilib.

Yanğın davam edir.

Paytaxtın Nizami rayonu ərazisindəki “Diqlas” ticarət mərkəzində yanğın davam edir.

Hadisə yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov gəlib.

Hazırda yanğının söndürülməsi ilə bağlı tədbirlər davam etdirilir.

Xatırladaq ki, bu gün səhər saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində “Diqlas” Ticarət Mərkəzində güclü yanğın baş verib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları və helikopterlər cəlb eilib.

Bakıda ticarət mərkəzində baş vermiş güclü yanğının söndürülməsinə helikopter də cəlb olunub.

Bakının Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə FHN-in Aviasiya dəstəsinin helikopteri cəlb olunub.

Fövqəladə Hallar Nazirliyi Bakıda ticarət mərkəzindəki güclü yanğınla bağlı məlumat yayıb.

Məlumatda deyilir: “Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür. Əlavə məlumat veriləcək”.

Hazırda 10 yanğınsöndürən maşın fəaliyyət göstərir.

İlkin versiyaya görə, yanğına səbəb dönərxanada baş verən qısaqapanmadır.

//Trend