Ukraynalıların çağırışı ilə komediyaçı namizədlə “şokalad kralı” 70 minlik stadionda debata çıxırbackend

Ukraynalıların çağırışı ilə komediyaçı namizədlə “şokalad kralı” 70 minlik stadionda debata çıxır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada martın 31-də keçirilən prezident seçkilərində verilmiş səslərin sayılması prosesi başa çatıb. Baki-xeber.com xəbər verir ki, seçkilərin birinci turunun nəticələrinə görə, liderliyi komediyaçı Vladimir Zelenski edir. O, aprelin 21-də keçiriləcək ikinci mərhələdə hazırkı prezident Petro Poroşenko ilə mübarizə aparacaq.

Ilk turda Vladimir Zelenski 30.24% səslə birinci, Poroşenko isə 15.95% səslə ikinci olub. Üçüncü yerdə isə 13,4% səslə “Batkivşina” partiyasının sədri Yuliya Timoşenko qərarlaşıb.

Seçkilərdə heç bir namizəd 50%-dən çox səs toplamadığı üçün ən çox səs toplayan komediyaçı Zelenski və Poroşenko ikinci mərhələdə mübarizə aparacaqlar.

Sputnik Azərbaycan yazır ki, Poroşenko, ukraynalıların çağırışı ilə birinci turda liderlik edən Vladimir Zelenski ilə debatlarda iştirak etməyə razılıq verib. Müvafiq video müraciəti Poroşenko öz rəsmi “Twitter” səhifəsində yerləşdirib. O, müraciətində qeyd edib ki, Zelenski ilə Kiyevdə “Olimpiyski” stadionunda keçiriləcək debata qatılacaq. Lakin Ukrayna prezidenti şərt irəli sürərək qeyd edib ki, debatlarda Ukraynada seçki öncəsi qanunvericiliyinin bütün şərtlərinə riayət olunmalıdır.

Qeyd edək ki, martın 31-i Ukraynada keçirilən prezident seçkilərindən sonra ukraynalılar sosial şəbəkədə xüsusi heşteq (#xoçubaçitidebati) yaradaraq Zelenski və Poroşenko arasında debatların keçirilməsini tələb edirlər.

Buna ilk olaraq Zelenski reaksiya verərək debatalara razılıq verib və öz şərtlərini irəli sürüb.

Zelesnkinin şərtlərinə görə, debatlar 70 000 azarkeşin toplaşdığı “Olimpiyski” stadionunda keçirilməlidir. Bundan əlavə, hər bir namizəd tibbi ekspertizadan keçməli və xalqa “içki aludəçisi və narkoman olmadığını” sübut etməlidir. Zelenski, həmçinin bütün jurnalistlər və telekanalların əraziyə buraxılmasını tələb edib.