Rövşən Məmmədov Aparat rəhbərini İŞDƏN ÇIXARDI – FOTO

14:22 | 12 Aprel, 2019

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri vəzifəsini icra edən Rövşən Məmmədov Aparat rəhbərini vəzifəsindən azad edib.

R.Məmmədovun müvafiq əmri ilə, Aparat rəhbəri vəzifəsini icra edən Cabbar Quliyevi işdən çıxarıb.

Xəbəri Unikal.org-a Cabbar Quliyev təsdiqləyib.

Qeyd edək ki, Rövşən Məmmədov Cabbar Quliyevi bu ilin yanvar ayında Aparat rəhbəri vəzifəsinə təyin etmişdi.

//unikal.org

Mövzunu Facebookda şərh et