“Traktor Sazi” yenə uduzdubackend

“Traktor Sazi” yenə uduzdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə İran çempionatında 27-ci turun oyunları keçirilib.

Cənubi Azərbaycanı təmsil edən “Traktor Sazi” də növbəti matçına çıxıb.

Təbriz klubu səfərdə “Zobahan”la qarşılaşıb. Son iki oyunda uduzan “traktorçular” bu oyundan da məğlubiyyətlə ayrılıb – 0:2.

Təbrizin digər təmsilçisi – “Maşin Sazi” isə bu turda “Saypa” ilə ev oyununda heç-heçəyə razılaşıb – 0:0.

 

“Traktor Sazi” hazırda 49 xalla 16 iştirakçı arasında 4-cü, “Maşin Sazi” isə 28 xalla 12-ci pillədə qərarlaşıb.

//Editor.az