Xalq artisti Hüseyn Abdullayevin məhkəməsinə gətirildibackend

Xalq artisti Hüseyn Abdullayevin məhkəməsinə gətirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Zeynəb Abdullayeva bildirib ki, bəzi səhmdarlar zavoddan uzaqlaşsalar da onlara dividentlərin verilməsi davam etdirilib.
“Bəziləri ünvanı dəyişdi, bəziləri rəhmətə getdi. Amma yenə də dividentlər hesablanırdı. Almayanlarınkı da saxlanılıb. Bənövşə xanım ünvanını dəyişib. Ancaq biz bunu bilməmişik. Bütün məktublar onun son ünvanına göndərilib”.
Sonra şahid qismində müğənni, xalq artisti Gülyaz Məmmədova dindiriib.
G.Məmmədova H.Abdullayevə məxsus obyektin deputat Cavanşir Feyziyev tərəfindən adına keçirilməsi epizodu üzrə ifadə verib. G.Məmmədova C.Feyziyevi tanıdığını, onun istəyi ilə obyektin adına keçirildiyini deyib. Gülyaz Məmmədova suala cavabında obyektin yerini bilmədiyini söyləyib.
Bu epizodda Zeynəb Abdullayeva izahat verib.
O bildirib ki, həmin obyekt 4 milyona satıldığı halda jurnalistlər həmin məbləği 10 milyon kimi qeyd ediblər.
Proses aprelin 2-də davam etdiriləcək.
Qeyd edək ki, cinayət işi üzrə Hüseyn Abdullayev və anası Zeynəb Abdullayevadan başqa Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyev də təqsirləndirilən şəxs qismində tanınıb. Onlar Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq), 182.3.1-ci (hədə-qorxu ilə tələb etmə), 192.2.2; 192.2.3; 193-1.3.2 və 193-1.3.1-ci ( qanunsuz sahibkarlıq), 213.2.2 və 213.2.1-ci (vergidən yayınma) 228.1-ci (qanunsuz silah saxlama), 312-1.2-ci (rüşvət vermə) 313-cü (vəzifə saxtakarlığı), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 326.1-ci (rəsmi sənədləri məhv etmə), 318.2-ci (qanunsuz sərhədi keçmə), 342.2-ci (qulluğa səhlənkarlıqla yanaşma); 341.2.3-cü (Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə), 339.2-ci (Sərhəd xidməti qaydalarını pozma) maddələri ittiham olunur. Xatırlaqdaq ki, təqsirləndirilən H.Abdullayev Türkiyə Respublikası ərazisində tutularaq 22 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına təhvil verilib
///Lent.az