Qəzada ölən məktəbli 4-cü sinifdə oxuyurmuşbackend

Qəzada ölən məktəbli 4-cü sinifdə oxuyurmuş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Salyan rayonunda baş vermiş avtoqəzada yaralanan şagirdlərdən biri Bakıya gətirilib.
Editor.az xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov yayıb. O bildirib ki, qəzaya düşənlər Gənclər və İdman Nazirliyinin tabeliyində olan Şirvan şəhər Uşaq-Gənclər İdman məktəbinin idmançıları olub: “Qəza zamanı Şirvan şəhəri 16 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi İlkin Əhmədov dünyasını dəyişib, xəsarət alan 8 nəfər isə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 4 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, digər 2 nəfərin vəziyyəti normaldır və həmin xəstəxanada müalicələri davam etdirilir.
1 nəfər isə kəllə-beyin travması ilə Bakı şəhərinə gətirilib. Təhsil Nazirliyinin nümayəndəsi Salyan Rayon Mərkəzi Xəstəxanasında müalicə alan şagirdlərə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb. Avtoqəzada həlak olan İlkin Əhmədovun ailəsinə dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Xəsarət almış şagirdlərə isə Allahdan şəfa diləyirik”.