İranda bir həftəyə 18 ton narkotik tutulub

11:48 | 30 May, 2019
İranda mayın 18-dən 25-dək 18 ton narkotik və psixotrop maddələr aşkarlanıb.
bunu İranın Narkotik Maddələrlə Mübarizə Komitəsinin sədr müavini Nasir Aslani deyib.
N.Aslaninin sözlərinə görə, ümumilikdə aşkarlanan maddələr 18268 kiloqramdır və əvvəlki həftə ilə müqayisədə 29% çoxdur.
O bildirib ki, aşkarlanan maddələrdən 1,04 tonu həşiş, 359 kiloqramı ekstazi, 235 kiloqramı morfin, 7,5 min ədədi isə psixotrop dərmandır.
Sistan və Bəluçestan vilayətində 6243 kq, Hörmüzqan vilayətinə 2164 kq, Kirman vilayətində 1851 kq, İsfahan vilayətində 986 kq, Cənubi Xorasan vilayətində 886 kq, Yəzd vilayətində 862 kq və Tehran vilayətində 822 kq narkotik maddə aşkarlanıb.
Həftə ərzində narkotiklə bağlı ümumilikdə 8301 nəfər saxlanılıb.
   //Trend