backend

Bakı-Ələt yolundakı qəzada ölənlər deputatın qohumlarıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı- Ələt yolunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslər Milli Məclis üzvünün qohumlarıdır.
həmin yol-nəqliyyat qəzasında ölən Rövşən və Üzeyir Hacızadələr deputat Şəmsəddin Hacıyevin qardaşının nəvələridir.
Qeyd edək ki, iyulun 5-də saat 23:00 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Bakı şəhər sakini Rövşən Hacızadə idarə etdiyi “Daewoo” markalı avtomobili yolun kənarında dayanmış “Shacman” markalı yük avtomobilinə vurub. Nəticədə R. Hacızadə və sərnişinləri – qardaşı Üzeyir, paytaxt sakini Həsən Həsənov ölüb, digər 1 sərnişin isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
 
//APA