Bəzi xəbər saytları niyə işləmir? – SƏBƏB

16:44 | 24 İyun, 2019
Bir neçə dəqiqədir ki, bəzi xəbər saytlarının fəaliyyətində yaranan məhdudiyyətlər hostinqlə bağlıdır.
Editor.az xəbər verir ki, bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən deyiblər. Qurumun mətbuat xidmətindən bildiriblər ki, saytlarda yaranmış problem artıq həll olunub:
“Bəzi saytlarda yaranmış problem onların serverləri ilə bağlıdır. Misal üçün, bir anda sayta 500 mindən artıq istifadəçi daxil olduqda həmin veb-saytda yüklənmə baş verir. Bu, hostinqin tutumu az olduqda meydana gəlir. Fəaliyyətində problem olmayan saytlarda isə tutum çox olduğundan onların işində ləngimələr yaranmayıb”.