backend

Ələt-Astara yolunda 4 nəfərin ölümünə səbəb olan sürücülərdən biri saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ələt-Astara yolunda toqquşan iki avtomobildən birinin sürücüsü saxlanılıb.
Baş dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, “KamAZ” markalı yük avtomobili ilə toqquşan “Mercedes-Vita” markalı mikroavtobusun sürücüsü Elturan Fərəcov barəsində cinayət işi başlanıb və o, tutulub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Ələt-Astara avtomobil yolunun 10-cu kilometrliyində “Mercedes” markalı mikroavtobusun “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Nəticədə 4 nəfər ölüb, iki nəfər xəsarət alıb.