“Qalatasaray” Ardanı qaytarır

00:48 | 29 Noyabr, 2019

“Qalatasaray” sabiq futbolçusu Arda Turanı komandaya qaytarmaq istəyir.

Editor.az qol.az-a istinadən xəbər verir ki, İstanbul klubu yanvarda 32 yaşlı yarımmüdafiəçi üçün “Başakşehir”ə  təklif göndərəcək.

Razılıq əldə olunarsa, “Qalatasaray”ın Ardanın  müqavilə ilə məxsus olduğu  “Barselona”  ilə görüşəcəyi və  transferi həll edəcəyi bidiriir. “Sarı-qırımızılar” futbolçunu icarə əsasında heyətə cəlb etmək istəyir.

Qeyd edək ki,  Arda Turan 2005 – 2011-ci illərdə “Qalatasaray”da çıxış edib.