Adı YAP-ın deputat siyahısına salınmayan baş redaktor DANIŞDIbackend

Adı YAP-ın deputat siyahısına salınmayan baş redaktor DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev adının Yeni Azərbaycan Partiyasının deputat siyahısına salınmamasına münasibət bildirib.

B.Quliyev YAP-ın bu qərarına hörmətlə yanaşdığını deyib:

“Əziz dostlar, mənim adımın Yeni Azərbaycan Partiyasının Parlament seçkilərində namizədlərinin siyahısına salınmamasına görə, çoxsaylı dostlarım narahatçılıqlarını ifadə edirlər. Bu anlaşılandır ki, dostlarım, tanışlarım mənim illərlə xidmətimin, zəhmətimin müqabilində Milli Məclisdə təmsil olunmaq haqqımın olduğunu dilə gətirirlər. Buna görə hər kəsə minnətdaram və təşəkkür edirəm ki, məni Parlamentə layiq görüb narahat olmusunuz.

Diqqətinizə çatdırım ki, mən xidmət edərkən qiymətləndirilməyimi heç vaxt düşünməmişəm. Fikrimcə söz demək üçün təkcə Parlament deyil, tribuna çoxdur və illərlə mən bu tribunalardan çıxış edərək dövlətçiliyə, xalqa xidmət etmişəm və Ulu Öndərin ideyalarının təbliğatçısı olmuşam.

Mən yalnız Ulu Öndər Heydər Əliyevə və Onun ideyalarını reallaşdıran cənab İlham Əliyevə xidmət etmişəm və bundan sonra da hansı mövqedə olmağımdan asılı olmayaraq bu yolu yorulmadan davam edəcəyəm.

Yeni Azərbaycan Partiyasının qərarına hörmətlə yanaşıram və namizədlərinə isə uğurlar arzulayıram. Arzumdur ki, etimadı doğurultsunlar”.