backend

Havanın temperaturu qalxır – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq.  Gecə və səhər bəzi yerlərdə zəif duman, cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan məlumata görə, havanın temperaturu gecə  22-26° isti, gündüz  34-39° isti, Bakıda gecə  24-26° isti, gündüz  36-38° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan  aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 70-75 %,  gündüz  40-45 % olacaq.  Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti yağmursuz olacaq. Lakin gecəyə doğru bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı  yerlərdə arabir  güclənəcək.  Havanın temperaturu gecə  21-26° isti, gündüz  35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz  27-32° isti olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhaliyə istilərləbağlı xəbərdarlıq edir. Bildirlir ki, iyulun 28-29-da Abşeron yarımadasında zəif küləklərin və nisbətən rütubətli hava şəraitinin üstünlüyü fonunda isti temperatur diskomfortu əksər əhali üçün çox əlverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil