16 yaşında qız sevgilisi tərəfindən öldürülübbackend

16 yaşında qız sevgilisi tərəfindən öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Kayseri bölgəsində 17 yaşlı B.A. rəfiqələrinin evində 16 yaşlı İkra Nur Türksoyu ov tüfəngi ilə başından vuraraq öldürüb.

Editor.az Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə gecə saatlarında İncesu mahalının Bahçesaray Məhəlləsində baş verib. B.A. və İkra Nur Türksoy əylənmək üçün dostlarının evinə gediblər. Burada naməlum səbəbdən Türksoyla sevgilisi arasında mübahisə yaranıb. Qısa müddətdə böyüyən müzakirə davaya çevrildiyindən B.A. evdə tapdığı tüfənglə Türksoyun başından vurub. Evdəki insanların xəbəri ilə hadisə yerinə polis və təcili tibbi yardım çağırılıb. Məlum olub ki, qız hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma davam etdirilir.

//Gülnarə Abasova, Editor.az