Hindistanın qərbindəki Qucarat ştatında kimya zavodunda baş vermiş partlayış nəticəsində azı 5 nəfər həlak olub.
Editor.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 57 nəfər xəsarət alıb.
Partlayışdan sonra zavodda yanğın başlayıb. Hadisə yerinə 15 yanğınsöndürən maşın cəlb edilib.
Zavodun yaxınlığında yerləşən yaşayış məntəqələrindən 5 minə yaxın sakin təxliyə edilib.