Niderlandın Qennep (Limburq əyaləti) şəhərində maşın kafenin terrasının üstünə sürüb.
Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə Hollandiya Teleradioyayım Korporasiyası bildirib.
Məlumata əsasən, hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Hadisə yerində yaralılardan 5 nəfərə yardım göstərilib, bir nəfər yaxınlıqdakı xəstəxanaya göndərilib. Onun həyatı üçün heç bir təhlükə yoxdu.
Avtomobilin sürücüsü saxlanılıb, polis tərəfindən dindirilmə aparılır.