Myanmada Rohinya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək məqsədilə prezident İlham Əliyevin göstərişinə əsasən Azərbaycan hökuməti tərəfindən humanitar yardım göstəriləcək.
FHN-dən Editor.az-a verilən məlumata görə, humanitar yardım “SilkVey” aviaşirkəti vasitəsilə Rohinya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilir.
Göndərilən humanitar yardıma gündəlik tələbat malları və ərzaq məhsulları daxildir.