Belarus Respublikası Ukraynaya nota verib.
Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ukraynanın Belarusdakı səfiri İqor Kizima XİN-ə çağırılaraq xəbərdarlıq edilib. Buna səbəb Kiyevdə Belarus hökumətinə qarşı keçirilən etiraz aksiyasıdır.
Notada Ukraynada olan Belarus səfirliyinin təhlükəsizliyinin təmin edilməsi, 1961-ci il Vyana konvensiyasına hörmət edilməsinin vacibliyi vurğulanıb.