Cinayətkar aləmdə “Vadik Belıy” kimi tanınan “qanuni oğru” Vladislav Leontyev 49 yaşında vəfat edib.
Editor.az xəbər verir ki, o, insultdan dünyasını dəyişib.
Lent.az xatırladır ki, dələduzluqda ittiham edilmiş V.Leontyev 1995-ci ildə “qanuni oğru” adını almışdı.
“Vaqon” ləqəbli Vladimir Vaqinin ölümündən sonra “Vadik Belıy” Nijni Novqorodun ən yaşlı “oğru”su sayılırdı.