Bakı şəhərində təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqları açıqlanıb.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
2020-2021-ci tədris ili üçün BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 702 manat təşkil edir.
Qeyd edək ki, cari dərs ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə 456 076 şagirdin təlim-tərbiyəsi ilə 28 167 müəllim məşğul olur.