2010-cu ildə Sinqapurda keçirilmiş yeniyetmələrin Olimpiya Oyunlarının gümüş medalçısı, gənclərin dünya çempionatının bürünc mükafatçısı olmuş sabiq boksçu Elvin İsayev 29 yaşında subaylığın daşını atıb.
Editor.az -ın xəbərinə görə, bu toyda Azərbaycanın idman ictimaiyyətindən bəzi nümayəndələr də iştirak edib.
Onların arasında MMA döyüşçüləri – Tofiq Musayev, Mehman Məmmədov və Vüqar Kərəmov, eləcə də boksçu Kamran Şahsuvarlı, sabiq boksçular – Elvin Məmişzadə, Teymur Məmmədov da olub.
“Rizin” Qran Pri kəmərinin sahibi Tofiq Musayev və “Eagles” kəmərinin sahibi Mehman Məmmədov toy vaxtı gözəl rəqsi ilə diqqəti çəkib. Həmin görüntünü təqdim edirik: