Şabran rayonunda bədbəxt hadisə baş verib.
Editor.az report-a istinadən xəbər verir ki, hadisə dekabrın 1-də rayonun ferma ərazisində qeydə alınıb.
Belə ki, 2020-ci il təvəllüdlü Ümid Muradov ehtiyatsızlıqdan müvəqqəti istifadə üçün nəzərdə tutulan tualetin quyusuna düşərək ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.