Şoyqu: “Qarabağ təcrübəsi sayəsində KTMT ölkələrinin hərbi kontingenti cəmi üç gün ərzində Qazaxıstana yerləşdirilib”
Editor.az xəbər verir ki, bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
O qeyd edib ki, qısa müddət ərzində – cəmi üç gün ərzində Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri şəxsi heyəti və texnikanı köçürüb.
“Bu, KTMT-yə üzv dövlətlərin silahlı qüvvələrinin birgə təlimlər nəticəsində əldə edilmiş yüksək koordinasiyası və hərəkətlərinin səmərəliliyi, habelə Rusiya qoşunlarının Suriyada və Qarabağda sülhməramlı kontingentin yerləşdirilməsi zamanı əldə edilmiş təcrübə sayəsində mümkün olub, – nazir bildirib.
Demokrat.az