Mingəçevirdə qaz sızması nəticəsində binada partlayış baş verib.
Editor.az Trend.az-a istinadən bildirir ki, hadisə Axundov küçəsində yerləşən binaların birində qeydə alınıb. Partlayış nəticəsində binanın dam örtüyü uçub, evdə yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğın söndürmə qüvvələri cəlb olunub.