Gəncədə elektrik ustası ehtiyatsızlıqdan dünyasını dəyişib.
Editor.az-ın yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Dam örtüyündə işləyən 65 yaşlı Tahir Xəlilovu ehtiyatsızlıqdan elektrik cərəyanı vurub.Usta hadisə yerində ölüb. Meyid müayinə olunmaq üçün Məhkəmə – Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə verilib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.
//İlham, Editor.az