Filippində 6 bal gücündə zəlzələ baş verib. Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Tədqiqat Mərkəzi məlumat verib. Bildirilib ki, zəlzələnin episentri Namuac bölgəsindən 50 kilometr şimal-şərqdə yer səthinin 35.4 kilometr dərinliyində təyin edilib.
Zəlzələ zamanı insan tələfatı və dağıntılar haqqında hələ ki, heç bir məlumat yoxdur.
//Nəzərbəy Hacıağayev, Editor.az