Göygöldə baş verən ağır qəzada ölən sürücü məşqçi olub.
Editor.az unikal-a istinadən xəbər verir ki, ölən sürücü 1997-ci il təvəllüdlü Orxan Hümbətov cüdo üzrə məşqçi olub.
Qeyd edək ki ötən gün gecə saatlarında Bakı-Qazax magistral yolunun Göygöl rayon ərazisindən keçən hissəsində “VAZ-2107” ilə “DAF” markalı yük maşının toqquşması zamanı 1 uşaq olmaqla 6 nəfər ölüb.