Ukraynanın Mariupol, Manquş və Nikolskoyedə bir neçə güclü partlayış baş verib. Ruslar bu şəhərlərə raket atışları həyata keçirib.
Editor.az bildirir ki, bu barədə Mariupol merinin müşaviri Petr Andryuşşenko məlumat verib. Onun sözlərinə görə, fevralın 12-də axşam saatlarında azı üç güclü partlayış səsi eşidilib: “Raketlərdən bir neçəsi Nikolskoye kəndində yerləşən 3 saylı məktəbin ərazisində yerləşdiyi əraziyə düşüb”, – Andryuşşenko bildirib.
O, həmçinin əlavə edib ki, hələ də partlayış səsləri eşidilir. “İşğalçılara “Toçka U”-nun vurulması ilə bağlı yalanın uydurlması üçün bir saat vaxt lazım olub”, – mer müşaviri qeyd edib.
//Samir Qurbanov, Editor.az