Ötən gecə ukraynalı müdafiəçilər Kiyev səmasında İran istehsalı olan 11 “Şahed” PUA-nı vurublar.
Editor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook-da, Kiyev Şəhər Hərbi İdarəsi Telegram-da yazıb. Məlumata görə, ötən gecə saat 23.00-dan səhərə qədər rus işğalçıları Ukrayna ərazisində 14 “Şahed” tipli PUA-dan istifadə etməklə hücuma keçiblər.
Bu pilotsuz təyyarələrdən 11-i ukraynalı müdafiəçilər tərəfindən vurulub. Pilotsuz təyyarənin hücumu iki mərhələdə həyata keçirilib ki, bununla da düşmən öz taktiki məqsədini reallaşdırmağa – rəqibin hava hücumundan müdafiəsini tükətməyə çalışıb.
Buna görə də Kiyevdə hava həyacanı siqnalı hardasa beş saat yarım davam edib. İlkin məlumatlara görə, tələfat və infrastruktur obyektlərinə ciddi ziyan qeydə alınmayıb.
//Samir Qurbanov, Editor.az