Rusiya ordusunda rekord: “Ka-27” helikopteri ilk dəfə Yaya adasına enməyi bacardıbackend

Rusiya ordusunda rekord: “Ka-27” helikopteri ilk dəfə Yaya adasına enməyi bacardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ka-27” helikopteri tarixdə ilk dəfə Şimal Buzlu Okeanındakı Yaya adasına enməyi bacarıb.

Editor.az Rusiya mətbuatına istinadla xəbər verib ki, bu barədə Rusiya Şimal Donanması məlumat verib.

Bildirilib ki, bu hadisə Rusiya Silahlı Qüvvələri üçün rekorddur. Rusiya Şimal Donanmasının bəyanatında, “Helikopterin adaya enişi keçən il Şimal Donanmasının döyüş gəmilərinin təlimi zamanı həyata keçirilib. Helikopter “Admiral Levçenko”nun böyük sualtı qayıqlara qarşı döyüş gəmisindən havaya qalxıb. Adaya enən helikopterin ekipajı burada Rusiya bayrağını sancıb. Bu hadisə Rusiya Silahlı Qüvvələrinin Rekordlar Kitabına düşüb”,-deyilir.

Qeyd edək ki, Yaya adası 2013-cü ildə kəşf edilib. 2014-cü ildə Rusiya Hərbi Dəniz Qüvvələrinin “Admiral Vladimirskiy” kəşfiyyat gəmisinin tədqiqatçıları adaya ayaq basan ilk insanlar olub.

//Gülnarə Abasova, Editor.az