Bakının Binəqədi rayonunda yaşayış binasında yanğın olub.
Editor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Belə ki, beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 120 kvadratmetr olan üçotaqlı mənzilin zirzəmisində ev əşyaları 25 kvadratmetr sahədə yanıb. Mənzil yanğından mühafizə olunub.
Yanğın söndürülüb.