Moskvadan niyə tələsik getdi? – Lukaşenko ilə bağlı sürpriz iddiabackend

Moskvadan niyə tələsik getdi? – Lukaşenko ilə bağlı sürpriz iddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarusda müzakirə olunan əsas mövzulardan biri Prezident Aleksandr Lukaşenkonun səhhəti ilə bağlıdır. Buna səbəb Belarus liderinin dünən Moskvada keçirilən Qələbə Paradında 300 metr məsafəni qət edə bilməməsi olub.

Bir sıra yerli və xarici mənbələr Aleksandr Lukaşenkonun səhhətində ciddi problemin olduğunu iddia edirlər.

Məlumata görə, yeriməkdə çətinlik çəkən Lukaşenkonu Rusiya Prezidenti Vladimir Putinin mühafizəçiləri müşayiət etməli olublar.

Bundan əlavə, Lukaşenko Moskvada olarkən bir əlinin sarğılı olması ilə də diqqət çəkib. Belarus rəhbəri Putinin adından Kremldə MDB liderləri üçün verilən şam yeməyində iştirak etməyib və tələsik vətəninə qayıdıb.

Belarusun “Zerkalo” qəzeti yazır ki, Lukaşenko mayın 9-da Qələbə abidəsinin önünə əklil qoyarkən ənənəvi çıxışını etməyib, bu, indiyədək görülməmiş olaydır. Mərasimdə Belarus müdafiə naziri Viktor Xrenin çıxış edib.

Teleqraf.com