Qazaxıstan parlamenti Senatının deputatları ölkənin birinci prezidentinin böyük qızı Dariqa Nazarbayevanı spiker seçiblər.
yeni spiker seçkilərinin keçirilməsi əvvəlki senat sədri Kasım-Jomart Tokayevin prezident vəzifələrinin icrasına başlaması ilə əlaqədardır.
Xatırladaq ki, dünən Nursultan Nazarbayev xalqa müraciətdə Qazaxıstan Prezidenti vəzifəsindən getdiyini açıqlayıb.
Ölkədə prezident seçkilərinin keçirilməsi 2020-ci ildə planlaşdırılır.
//Trend