ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla bu payızda üz-üzə görüş keçirmək üçün komandasına hazırlıqlara başlamaq tapşırığı verib.
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla yenidən görüşməyə hazırlaşır.
Editor.az-ın “The Wall Street Journal” qəzetinə istinadən yaydığı məlumata görə, Tramp Kim Çen Inla görüşün mümkün qədər tez təşkil olunması üçün administrasiyasının əməkdaşlarına təzyiq göstərir.
Məlumata əsasən, tərəflərin görüşü Trampın noyabr ayında Asiyaya planlaşdırılan səfəri çərçivəsində baş tuta bilər. Həmin dövrdə Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitinin keçirilməsi nəzərdə tutulur.
//Gülnarə Abasova, Editor.az

