ABŞ ordusu İrana yeni zərbələr endirdibackend

ABŞ ordusu İrana yeni zərbələr endirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ ordusu İranla döyüşlərin yenidən başlaması fonunda ölkəyə qarşı yeni zərbələr endirdiyini açıqlayıb.

Oxu.Az xəbər verir ki, məlumatı ABŞ ordusunun Yaxın Şərqdə yerləşən Mərkəzi Komandanlığına (CENTCOM) istinadən “Al-Jazeera” yayıb.

Qeyd olunub ki, sentyabrın 1-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hədəflərinə zərbələr endirilib.

CENTCOM-un məlumatına görə, zərbələr SEPAH-ın Hörmüz boğazında kommersiya gəmiçiliyinə və regionda yerləşdirilmiş ABŞ hərbçilərinə qarşı son hücum cəhdlərindən sonra həyata keçirilib.

Bundan başqa, İranın cənubunda, o cümlədən Kənarək, Bəndər-Abbas və Qeşm adasında partlayışlar baş verdiyi bildirilib. Hakimiyyət orqanları hələlik dəymiş ziyanın miqyasını açıqlamayıb.

Qeyd edək ki, iki gün əvvəl ABŞ ordusu İranın cənubundakı Larak adasını vurub, Tehran isə buna cavab olaraq İordaniyada ABŞ hərbçilərinin yerləşdiyi bazaya raketlər atıb.