ABŞ G20 maliyyə nazirlərinin sentyabr toplantısında Çinin ticarət siyasətinin müzakirəyə çıxarılmasını və qlobal ticarət balanssızlığının azaldılmasını tələb edib.
Editor.az xəbər verir ki, ABŞ Maliyyə naziri Skott Bessent Pekinin böyük ticarət profisitini və ixracyönümlü iqtisadi modelini əsas problemlərdən biri kimi göstərib. Vaşinqton Çindən daxili tələbi artırmağı və ixracdan asılılığı azaltmağı istəyir.
ABŞ həmçinin Çin mallarına qarşı daha yüksək ticarət maneələrinin tətbiqini müdafiə edir. Avropa İttifaqı da Çinin ticarət siyasətindən narahatlığını ifadə edib. Bununla belə, G20 ölkələri arasında Çini birbaşa hədəf alan yekun sənəd üzrə razılıq əldə olunması hələ mümkün olmayıb.
//Samir Qurbanov, Editor.az

