Aİ ölkələri Ukraynaya maliyyə yardımının sürətləndirilməsini dəstəkləyirbackend

Aİ ölkələri Ukraynaya maliyyə yardımının sürətləndirilməsini dəstəkləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqına üzv ölkələrin əhəmiyyətli hissəsi Ukraynaya nəzərdə tutulan maliyyə yardımının daha sürətli şəkildə ayrılmasını dəstəkləyib.

Editor.az xəbər verir ki, İrlandiyanın müdafiə naziri Helen MakEnti bildirib ki, Aİ ölkələri Ukraynanın təcili maliyyə ehtiyaclarının qarşılanması üçün vəsaitin bir hissəsinin daha erkən təqdim edilməsinə müsbət yanaşır.

Ukrayna 2026–2027-ci illər üçün Aİ tərəfindən nəzərdə tutulan 90 milyard avroluq kredit paketinə əsaslanır. Lakin vəsaitin vaxtından əvvəl ayrılması ilə bağlı yekun qərar üçün Aİ ölkələri və Avropa Komissiyasının formal razılığı tələb olunur.

//Samir Qurbanov, Editor.az