Nepalda sel fəlakəti: Ölənlərin sayı 939-a çatdıbackend

Nepalda sel fəlakəti: Ölənlərin sayı 939-a çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nepalın Çinlə sərhəd bölgələrində baş verən güclü sel ciddi humanitar fəlakətə səbəb olub.

Editor.az xəbər verir ki, Nepal Milli Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi Qurumunun məlumatına görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 939 nəfərə, itkin düşənlərin sayı isə 3 925 nəfərə çatıb.

İtkin düşənlər arasında 592 xarici ölkə vətəndaşının olduğu bildirilib.

Hazırda sel sularına qərq olaraq itkin düşən şəxslərin tapılması məqsədilə bölgədə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Xilasedicilər və digər aidiyyəti qurumlar çətin hava və relyef şəraitində fəaliyyət göstərirlər.

Fəlakət nəticəsində Nepalın Çin sərhədinə yaxın ərazilərində ciddi dağıntılar qeydə alınıb. Güclü sel yaşayış məntəqələrinə və infrastruktura zərər vurub.

Səlahiyyətli qurumlar itkin düşən şəxslərin taleyinin müəyyənləşdirilməsi və zərərçəkənlərə yardım göstərilməsi istiqamətində işləri davam etdirir.

//Gülnarə Abasova, Editor.az