ABŞ son ukraynalı ölənə qədər müharibənin davam etməsini istəyir – Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovbackend

ABŞ son ukraynalı ölənə qədər müharibənin davam etməsini istəyir – Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyevə son yardım paketi ABŞ-ın “son ukraynalıya qədər döyüşmək” konsepsiyasına sadiq olduğunu bir daha nümayiş etdirir.

Editor.az bildirir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib. “Vaşinqton Kiyevə qanlı Yeni il hədiyyəsi göndərir. O, “son ukraynalıya qədər” müharibə konsepsiyasına sadiqliyini bir daha nümayiş etdirir. Düzdür, kiçik bir əlavə ilə – “nə qədər pul kifayətdir” – deyə Antonov vurğulayıb.

Onun sözlərinə görə, ABŞ-ın “sonsuz” yardım paketləri onların himayəsində olanların taleyinə biganəliyi mahiyyətcə təsdiqləyir.

//Samir Qurbanov, Editor.az