ABŞ və Rusiya Pekində nə axtarır? – Si Cinpinə yönələn kritik xahişlərbackend

ABŞ və Rusiya Pekində nə axtarır? – Si Cinpinə yönələn kritik xahişlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi qısa zaman kəsiyində həm ABŞ, həm də Rusiya liderləri Çinə səfər etdi. Ekspertlər dünyanın iki ən böyük geosiyasi güc mərkəzinin diqqətinin eyni vaxtda Çinə yönəlməsini təsadüfi saymır. Qeyd olunur ki, bu səfərlər bir tərəfdən beynəlxalq münasibətlər sistemində dəyişən balansı nümayiş etdirirsə, digər tərəfdən yüksək texnologiyalar, ticarət, enerji və təhlükəsizlik məsələləri ətrafında gedən qlobal rəqabətin daha da sərtləşdiyini ortaya qoyur.

Mövzu ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb.

Politoloq qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putinin Pekində müzakirə etdikləri mövzular fərqli olsa da, hər birinin çinli həmkarı Si Cinpindən xahişləri olub:

“Si Cinpin bu xahişlərin qir qismini yerinə yetirəcəyini vəd etsə də, digərlərinin həllini sonraya saxladı. İndi növbə Çinə çatıb. Bu ölkənin xarici işlər naziri Van İnin ABŞ və Kanadaya səfərləri başlayıb. Məqsəd Çinin bu iki ölkə ilə münasibətlərini möhkəmləndirmək və Çin lideri Si Cinpinin ABŞ və Kanadaya gələcək səfərlərini təşkil etməkdir. Van İ liderinin ABŞ və Kanadaya səfəri zamanı müzakirə etmək istədiyi mövzuları indidən tərəfdaşlarını çatdırır”.

Elxan Şahinoğlu: “Heç bir dövlət bunu bizə qadağan edə bilməz” | Modern.az

Politoloq Kanadanın Çinlə bağlı narahatlığından da danışıb:

“Van İnin Kanadaya səfərindən bir gün əvvəl Monreal Qlobal Təhlükəsizlik İnstitutunun hesabatı dərc olunub. Həmin hesabatda kanadalı tədqiqatçılar Pekinin texnolgoiyalar sahəsində irəli çıxdığını və bununla mübarizə aparmaq aparmaq üçün “böyük yeddilər”in daha koordinasiyalı hərəkət etməsi vacibliyini göstəriblər.

Kanadalı tədqiqatçılar Çinin Qərbin texnologiyalarını əldə etmək üçün müxtəlif üsulllardan istifadə etdiyini də yazıblar. Bu səbəbdən Kanadanın xarici işlər naziri Anita Anandın çinli həmrarıyla bu mövzunu da müzakirə edəcəyi mümkündür. Bundan başqa xarici işlər nazirlərinin iki ölkə arasında ticarət, investisiya və qlobal təhlükəsizliyi müzakirə etmələri gözlənilir.

Yanvar ayında Kanadanın baş naziri Mark Karni Çinə səfər edərək bu ölkənin lideri Si Cinpinlə görüşmüşdü. Mark Karninin səfəri Ottava ilə Pekin arasında təxminən 10 il davam edən gərgin münasibətlərdən sonra baş tutmuşdu. Kanada-Çin münasibətləri 2018-ci ildə “Huawei” şirkətinin yüksək vəzifəli rəhbərinin Kanadada həbs edilməsindən sonra ən aşağı səviyyəyə enmişdi. İki ölkə münasibətlərin yeni səviyyəyə qaldırmağa çalışır. Buna baxmayaraq, texnologiyaların oğurlanması və insan haqları mövzusunda fikir ayrılığı qalır”.