Qara dənizdə Türkiyə gəmisi vurulub. Mayın 29-na keçən gecə Rusiya Odessa vilayətindəki limanlardan birindən Türkiyəyə gedən gəmiyə PUA (Pilotsuz Uçuş Aparatı – dron) zərbəsi endirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri öz “Telegram” kanalında məlumat verib.
Məlumata görə, zərbə nəticəsində gəminin iki ekipaj üzvü yaralanıb. Onlar Ukrayna Hərbi Dəniz Qüvvələrinin qayıqları ilə təxliyə edilib və tibb müəssisəsinə aparılıblar.



