Dünyada yaşamaq üçün ən bahalı ölkənin adı açıqlandıbackend

Dünyada yaşamaq üçün ən bahalı ölkənin adı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslandiya dünyada yaşamaq üçün ən bahalı ölkə elan olunub.

Editor.az xəbər verir ki, bu barədə İsveçin TT agentliyi İslandiyanın universitet məzunları həmkarlar ittifaqı olan Viska təşkilatının araşdırmasına istinadən məlumat yayıb.  

Araşdırmada ekspertlər Eurostat və İslandiya Mərkəzi Bankının məlumatlarından istifadə ediblər. Nəticələrə görə, İslandiyada qiymətlər hətta uzun illərdir yüksək yaşayış xərcləri ilə tanınan İsveçrədən də təxminən 3% daha bahadır.  

Mütəxəssislər bildirirlər ki, ölkə iqtisadiyyatının əsasını təşkil edən turizm sektoru xidmət sahəsində inflyasiyanın və əməkhaqlarının artmasına səbəb olur. Bununla yanaşı, İslandiyada mənzil qiymətləri də yüksək olaraq qalır.  

Viska təşkilatının iqtisadçısı Vilxyalmur Hilmarssonun sözlərinə görə, ölkə əmək tutumlu sahələrdən həddindən artıq asılıdır və bu vəziyyət inflyasiya təzyiqini artırmağa davam edir.  

Məqalədə həmçinin qeyd olunur ki, İslandiya hökuməti Avropa İttifaqına üzvlüklə bağlı danışıqların yenidən başlanması məsələsini gündəmə gətirib. Yerli hakimiyyət orqanları geosiyasi gərginliyin artmasını nəzərə alaraq, Avropa İttifaqına inteqrasiya prosesini sürətləndirməyi nəzərdən keçirir.  

//Gülnarə Abasova, Editor.az