Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Kaya Kallasın ABŞ səfirliyinin Kiyevdən getməsi ilə bağlı verdiyi açıqlamanı təkzib edib.
Oxu.Az xəbər verir ki, bu barədə “Unian” agentliyi G.Tixiyə istinadən məlumat yayıb.
“ABŞ səfirliyinin Kiyevdən təxliyə olunması barədə yayılan məlumat həqiqətə uyğun deyil”, – deyə o bildirib.
Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Kaya Kallas ABŞ diplomatik missiyasının Kiyevi tərk etdiyini bildirib.
O, Avropa səfirliklərinin isə sözügedən ölkədə qaldıqlarını qeyd edib.
Oxu.Az xəbər verir ki, Kallas bu barədə Kiprdə Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünə gələrkən jurnalistlərə açıqlamasında danışıb.
“Dünən (27 may) Ukraynadan eşitdiklərimizə görə, biri istisna olmaqla, bütün səfirliklər yerindədir… Bütün avropalılar qaldı, ABŞ isə getdi”, – deyə o söyləyib.


