Rusiyadan Ermənistana mesaj: “Kənd təsərrüfatı məhsulları tələblərə cavab vermir”backend

Rusiyadan Ermənistana mesaj: “Kənd təsərrüfatı məhsulları tələblərə cavab vermir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın kənd təsərrüfatı məhsulları son vaxtlar onun əsas satış bazarı olan Rusiyanın tələblərinə cavab verməyib.

Oxu.Az-ın məlumatına görə, bu barədə “RIA Novosti” agentliyinə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətindən (“Rosselxoznadzor”) bildiriblər.

“Rusiyanın Ermənistanın kənd təsərrüfatı məhsullarının əsas satış bazarı olduğunu və son vaxtlar Ermənistandan tədarük edilən məhsulların Avrasiya İqtisadi İttifaqının (Aİİ) və Rusiyanın fitosanitar tələblərinə cavab vermədiyini nəzərə alsaq, güman etmək olar ki, Ermənistanın İqtisadiyyat Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ləğv edildikdən sonra üzərinə qoyulan səlahiyyətlərin öhdəsindən gələ bilmir”, – deyə məlumatda vurğulanır.

Qurumdan xatırladıblar ki, Ermənistanda 2019-cu ildə hökumətin struktur islahatı nəticəsində Kənd Təsərrüfatı Nazirliyi ləğv edilib. Kənd təsərrüfatı sahəsində dövlət siyasəti məsələləri isə İqtisadiyyat Nazirliyinə həvalə olunub.

Qeyd edək ki, daha əvvəl “Rosselxoznadzor” mayın 30-dan etibarən Ermənistandan meyvə-tərəvəz məhsullarının idxalını məhdudlaşdırdığını bəyan edib. Qurum mayın 22-dən isə Ermənistandan çiçək idxalını müvəqqəti olaraq məhdudlaşdırıb.