Moskvada ŞOK: Binaların damına görün nə quraşdırdılar – VİDEObackend

Moskvada ŞOK: Binaların damına görün nə quraşdırdılar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya paytaxtında təhlükəsizlik tədbirləri görünməmiş həddə çatdırılıb. Şəhərin mərkəzi hissələrində və strateji əhəmiyyətli nöqtələrində yerləşən hündürmərtəbəli binaların damında hərbi infrastrukturun qurulmasına başlanılıb.

NOCOMMENT.az xəbər verir ki, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrin Rusiya seqmentində yayılan məlumatlara görə, Moskvanın müxtəlif inzibati binalarının və göydələnlərinin damına Hava Hücumundan Müdafiə (HHM) sistemləri yerləşdirilir. Xüsusilə Müdafiə Nazirliyinin əsas rəhbər binalarının və digər dövlət qurumlarının üzərində “Pantsir-S1” tipli zenit raket-top komplekslərinin quraşdırılmasını əks etdirən foto və video görüntülər böyük rezonans doğurub.

Hərbi ekspertlər bu addımı Moskva səmasının potensial pilotsuz uçuş aparatlarının (PUA) və uzaqmənzilli raketlərin hücumlarından qorunması məqsədilə atılan təxirəsalınmaz təhlükəsizlik tədbiri kimi qiymətləndirirlər. Bildirilir ki, şəhər daxilindəki hündür nöqtələrin hərbi məqsədlər üçün istifadə edilməsi alçaqdan uçan hədəflərin vaxtında aşkarlanması və zərərsizləşdirilməsi üçün effektiv müdafiə zolağı yaratmağa xidmət edir.

Rusiya Müdafiə Nazirliyi və Moskva meriyası hələlik paytaxtın mərkəzində HHM sistemlərinin quraşdırılması ilə bağlı yayılan məlumatlara və görüntülərə rəsmi münasibət bildirməyib. Bununla belə, şəhər sakinləri tərəfindən binaların damına xüsusi kranlar vasitəsilə ağır hərbi texnikanın qaldırılması prosesi açıq şəkildə müşahidə olunmaqdadır.