İran Silahlı Qüvvələri ölkənin cənub bölgələrindən müəyyən hədəflərə doğru raketlər atıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə “Fars” agentliyi öz “Telegram” kanalında məlumat yayıb.
“Bu raketlərin dəqiq hədəfi hələlik məlum deyil, lakin bəzi mənbələr Fars körfəzi sularında toqquşma ehtimalının olduğunu bildirirlər”, – deyə məlumatda qeyd olunub.
Daha sonra “Mehr” agentliyi məlumat yayıb ki, İran Silahlı Qüvvələri Hörmüz boğazı yaxınlığında dörd gəmiyə doğru xəbərdarlıq atəşi açıb.
Məlumata görə, həmin gəmilər “hərəkətlərini razılaşdırmadan boğazdan keçməyə cəhd göstəriblər”.


