Aİ enerji böhranı ilə bağlı təcili tədbirləri dayandırırbackend

Aİ enerji böhranı ilə bağlı təcili tədbirləri dayandırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Komissiyası ötən il enerji böhranı ilə əlaqədar həyata keçirilən elektrik enerjisinə tələbatın azaldılması və elektrik enerjisi istehsal edən şirkətlərin gəlirlərinin məhdudlaşdırılması kimi tədbirlərin ləğv ediləcəyini açıqlayıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Aİ Komissiyası yüksək enerji qiymətləri ilə bağlı fövqəladə halların nəzərdən keçirilməsi üçün hazırlanmış hesabatı dərc edib və Avropa Şurasına göndərib. Hesabatda qeyd olunub ki, enerji bazarı üçün elektrik enerjisinə tələbatın azaldılması, enerji istehsalçılarının gəlirlərinə məhdudiyyət qoyulması və elektrik enerjisinin pərakəndə satış qiymətlərinin müəyyən edilməsi kimi qaydalar Avropa enerji bazarlarına töhfə verib. AB elektrik enerjisi bazarında tədarük və qiymətlərin ötən illə müqayisədə əhəmiyyətli dərəcədə dəyişdiyi bildirilən hesabatda “Hazırda fövqəladə hallar tədbirlərinin uzadılması lazımlı və ya məqsədəuyğun görünmür” deyə bildirilib. Hesabatda Aİ Komissiyasının sözügedən enerji böhranı tədbirlərinin uzadılmasını təklif etməyəcəyi bildirilib.

Elektrik enerjisinin qiymətlərinin artıq meqavat-saat üçün 80 avrodan aşağı düşdüyünü xatırladan hesabatda qeyd olunub ki, 2022-ci il ərzində müşahidə olunan elektrik enerjisi qiymət artımlarının növbəti qış dövründə baş verməsi ehtimalı azdır. Ötən il Ukrayna münaqişəsi və enerji böhranı ilə bağlı artan təbii qaz və elektrik enerjisi qiymətlərinə qarşı Aİ-yə üzv dövlətlər bir çox tədbir və dəstək proqramı həyata keçirib. Bu enerji subsidiyaları üzv dövlətlərin dövlət maliyyəsinə ciddi yük qoyur. Hollandiyada yerləşən virtual təbii qaz ticarət nöqtəsi olan TTF-də təbii qaz qiymətləri bu gün meqavat saat üçün 28 avrodan satılır. Ötən yay dövründə bu rəqəm 350 avroya yüksəlmişdi.

//Gülnarə Abasova, Editor.az