Artan siyasi gərginlik və ticarət müharibələrinə baxmayaraq ABŞ-Çin arasında ticarət həcmi rekord həddədirbackend

Artan siyasi gərginlik və ticarət müharibələrinə baxmayaraq ABŞ- Çin arasında ticarət həcmi rekord həddədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Çin arasında siyasi gərginlik artmaqda davam etsə də aralarındakı ticarət həcmi rekord qırır.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin məlumatına görə, 2022-ci ildə dünyanın iki ən böyük iqtisadiyyatı arasında mal ticarəti 690,6 milyard dollara çatıb. ABŞ-ın Çindən mal idxalı 536,7 milyard dollarla 2018-ci ildən sonra ən yüksək səviyyəyə çatıb.
Bildirilir ki, ABŞ-ın Asiya ölkəsinə mal ixracı 153,8 milyard dollarla rekord qırıb. Məlumatda ABŞ-ın Çin ilə ticarət açığının 382,9 milyard dollara yüksəlməsi, tarixin ikinci ən yüksək məlumatı olaraq qeyd edilib.

Son illər iki ölkə arasında siyasi gərginlik sürətlə artıb. ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ildə Çindən gələn 300 milyard dollardan çox mallara gömrük rüsumları tətbiq edəndə Pekin administrasiyası buna bənzər cavab verərək, “ticarət müharibələri başladı” deyib.

//Gülnarə Abasova, Editor.az