Azərbaycan Prezidenti: “44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi”backend

Azərbaycan Prezidenti: “44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şuşanın azad edilməsi həm böyük rəmzi məna daşıyırdı, həm də İkinci Qarabağ müharibəsinin önəmli hissələrindən biri idi”.

Editor.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bildirib.

“44 gün ərzində Siz – əziz qardaşım və qardaş türk xalqı bizim yanımızda idi”, – deyən dövlətimizin başçısı vurğulayıb ki, müharibənin ilk saatlarında Rəcəb Tayyib Ərdoğanın verdiyi bəyanat və onun telefon söhbəti bütün dünyaya qardaş Türkiyənin Azərbaycanın yanında olduğunu göstərdi.